Meqa yaxta almaq
Dəbdəbəli gəminin gələcək sahibi üçün bəzən mütəxəssislər tərəfindən tez-tez istifadə olunan “super yaxta” və “meqa yaxta” adları arasındakı fərqləri müəyyən etmək çətin olur. Faktiki olaraq sinonim olan bu iki termin, əhəmiyyətli ölçülərlə seçilən və gəmidə “lüks” sinif rahatlıqlar təklif edən gəmiləri eyni dərəcədə dəqiq xarakterizə edir.
Və “super” və ya “meqa” əlavələrinin istifadəsi müəyyən dərəcədə şərti olsa da, buna baxmayaraq gövdəsinin uzunluğu 50-60 metrdən yuxarı olan və kruiz zamanı gəmidə, xüsusilə gecə qalmaq imkanı ilə 12 nəfərə qədər qonaq yerləşdirmə imkanı olan gəmilər meqa yaxta sayılır (bu miqdardan yuxarı olduğu təqdirdə yaxta sərnişin gəmisi kateqoriyasına keçir).
Eksklyuzivlik və ölçü – bunlar bütün meqa yaxtaları, nəhəng ölçülərdən başqa eyni zamanda hovuzlar, salonlar, tennis kortları, trenajor zalları və helikopter meydançaları daxil olan dəbdəbəli bir infrastruktura malik bir növə birləşdirən iki ən vacib xüsusiyyətdir. Bəli, siz səhv eşitmədiniz, hesabınızda yetərli miqdarda vəsait olduğunda helikopter meydançası olan meqa yaxta (və hətta birini deyil) almaq olar!Meqa yaxtalar unikaldır. Bu tip iki eyni gəmi ola bilməz, axı hər bir iş müştərinin bütün arzuları nəzərə alınaraq, fərdi qaydada yaradılır. Belə modellərin həmişə özünə xas olan xüsusiyyəti var: benzersiz motor dueti, öz sürəti, müstəsna dizayn, müxtəlif sayda göyərtələri və digər xarakteristikalar. Yelkənli meqa yaxta və ya suda əməlli başlı çoxmərtəbəli bina gördüyünüzdə təəccüblənməyə dəyməz.
Hər bir sahib, şübhəsiz ki, gəmiqayırma sənətinin bu gözəl təcəssümünün sahibi olmaqdan qürur duyur. Hərçənd bəzən onu da görmək olar ki, bir zamanlar qayığına aludə olan zəngin bir müştəri, daha qabaqcıl bir modeli üstün tutaraq, keçmiş “sevgilisindən” qısa müddətdə ayrılır.
Yenə də, meqa yaxtanı niyə almağa dəyər?
Meqa yaxta seçkinliyin və prestijin rəmzidir. Belə bir gəmiyə sahib olmaq hər hansı bir vəziyyətdə özünü əmin hiss etmək, “at belində” olmaq, ətrafınızdakı hər kəsdə sizə qarşı ehtiram hissi oyatmaq və ən böyük nailiyyətlərinizə görə sizə hörmət etmək deməkdir.
Ancaq meqa gəmi yalnız varlı olmağın əlaməti deyil. Bu həmçinin suda təmtəraqlı vaxt keçirmənin çox gözəl atributudur. Meqa yaxtada sizin istirahətiniz unudulmaz olacaq. Hər belə qayıq öz sahibinə və qonaqlarına hovuzda üzmək və idman zalında məşq etmək, spa salonunda incə tərzdə rahatlanmaq və barda eksklüziv içkilərdən zövq almaq, istənilən vaxt xüsusi olaraq bu məqsəd üçün ayrılmış meydançada ideal şəkildə yerləşdirilmiş şəxsi vertolyotla gəliş və gediş kimi əyləncələri təklif edir. Və yadınızda saxlayın: belə gəmidə yalnız peşəkarlar işləyirlər, ona görə onlara tamamilə etibar edin və tam azadlığın hər anından həzz alın. Əlbəttə ki, bu hiss, gəminin içərisində və xaricində ən bahalı və yüksək keyfiyyətli materiallar vasitəsilə möhtəşəm dizayn yaradan dünyanın ən yaxşı dizaynerlərindən ibarət yaradıcı tandem olmadan mümkün olmazdı.
Mega yaxtada dəniz səyahətindən daha yaxşı bir şey yoxdur! Belə gəmilərin dənizçilik keyfiyyətləri mükəmməldir. Amma meqa yaxta almazdan əvvəl qeyd etmək lazımdır ki, belə gəmilərin qiyməti, bir qayda olaraq, yalnız artır, buna görə də onların əldə edilməsi sermayənizin sərfəli investisiyası hesab edilə bilər.
Bir çoxları “Bir az bahadır!” deyə düşünürlər və meqa yaxtaya almaq üçün sərmayə qoymağa cürət etmirlər. Bəli, qiymətlər “əl yandırır”, bura yaxtanın saxlanması üçün çox sıfırlı məbləğləri də əlavə edin. Ancaq xəyal edərkən qənaət etmək olarmı? Xüsusilə, meqa gəmilər bazarının inkişaf etdiyi və hal hazırda əla qayıq sahibi olmağın əvvəlkindən daha asan olduğu zaman?
Meqa yaxtanı əlverişli qiymətlə harada almaq olar?
Bu suala cavab sadədir: ScanMarine TM-da (Cofrance SARL) müraciət edin. Bu şirkət haqlı olaraq lüks sinif meqa yaxtaların satışı üzrə dünya lideri hesab edilir.
Bizim mütəxəssislərimiz Sizin üçün planetimizin istənilən nöqtəsində unikal yelkənli və ya motorlu gəmi seçəcəklər. Mövsümün yeniliyini istəyirsiniz və ya yalnız okean gəmisi ürəyinizcədir? Bəlkə Siz bir az qənaət etməyi və orta dəyərdə olan yaxta almaq arzusundasınız? Problem deyil. Bizim mütəxəssislərimiz yaxta bazarında istənilən təklifin ekspertizasını keçirəcək və faydalı məsləhətlə kömək edəcəklər. Gəminin xarici görünüşü, ölçüsü və təchizatı, texniki komponentləri, qeydiyyat, bağlama, ekipaj axtarışı – əlbəttə, gəminin axtarışı, dizaynı və istismarı ilə bağlı çox sayda problemləri həll etmək lazım olacaq. Lakin bununla Siz yox, bizim mütəxəssislərimiz məşğul olacaqlar. Sizin funksiyanız isə yalnız yaxtanın müayinəsi və qərar qəbul etməklə kifayətlənəcəkdir. ScanMarine TM-a (Cofrance SARL) etibar edin! Və çox tezliklə bütün şüurlu həyatınız boyu arzusunda olduğunuz meqa yaxtanın sahibi olacaqsınız.