Məlum olduğu kimi, hətta olduqca sadə yaxta kifayət qədər bahalı bir şeydir, və buna görə hər bir kəsin belə gəmi əldə etməyə imkanı olmaya bilər. Bununla belə, bu heç də o demək deyil ki, tərsanədə yeni gəmi sifariş etmək üçün kifayət qədər vəsaitə malik olmayan insanların xəyalları puç olmalıdır. İndi yaxtalarla olduqca yaxından maraqlanan insanlardan bir çoxu, işlənmiş qayıq almağı əla variant hesab edirlər, üstəlik bir neçə səbəbdən.
İşlənmiş yaxtaların əldə edilməsinin üstünlükləri
İlk növbədə, işlənmiş gəmilər və yaxtalar əlbəttə ki, yenilərə nisbətən ucuzdur. Nə qədər ucuz olması gəminin texniki vəziyyətindən və digər vacib amillərdən asılıdır. Məhz bu hal, ehtimal ki, işlənmiş gəmilərin alınmasının əsas səbəbidir.
İşlənmiş yaxtanın ucuz qiymətə satın alınması, işlənmiş gəmini əldə etmək üçün yeganə səbəb deyil. Vacib olan həm də budur ki, bu halda gəmi tikilənə qədər gözləmək lazım deyil: bir qayda olaraq ödəniş və bütün zəruri sənədlərin rəsmiləşdirilməsi başa çatdıqdan sonra dərhal dənizə gedə bilərsiniz.
Həmçinin daha bir vacib hala diqqət yetirmək lazımdır. Bu ondan ibarətdir ki, işlənmiş yaxtaların bəzilərin əvvəlki sahibləri məşhur insanlar olduğu üçün bu yaxtalar xüsusi marağa səbəb olur. Bir çox hallarda, bu cür gəmilər hətta yeniləri ilə müqayisədə daha bahalı olur.
İşlənmiş yaxtanı necə almaq olar?
İşlənmiş yaxtanın, gəminin texniki vəziyyətinə həqiqətən uyğun gələn qiymətə satın alınması üçün, təcrübəli bir yaxta brokerinin, məsələn, Cofrance SARL şirkətinin yardımı ilə əldə etmək lazımdır. Bizim mütəxəssislər mütləq “qiymət / keyfiyyət”-in ən optimal birləşməsinə malik olan variant seçəcəklər. Bundan əlavə, gəminin alınması və satışı üçün tam hüquqi yardım göstərəcəyik.